Cümə axşamı , 16 May 2024
Ana səhifə / Azərbaycan / Güney Azərbaycan Milli Hərəkatının gələcək fəaliyyəti ilə bağlı kitab nəşr olunub

Güney Azərbaycan Milli Hərəkatının gələcək fəaliyyəti ilə bağlı kitab nəşr olunub

Güney Azərbaycanda Milli Hərəkatın gələcək fəaliyyəti haqda fars dilində kitab nəşr olunub.

“Nə etməliyik?” adlı kitabda Azərbaycan Milli Hərəkatının gələcək planları və fəaliyyəti ətrafında bəhs olunub.

Əsər bir neçə azərbaycanlı milli fəal tərəfindən qələmə alınıb və nəşr edilib. Bu əsərdə Milli Hərəkatdan əlavə, İran hökuməti, hökumətə müxalif cərəyanlar və onu tənqid edən qüvvələrlə bağlı məsələlər də analiz olunub.

Kitab artıq Güney Azərbaycan şəhərləri və paytaxt Tehranda soydaşlarımız arasında geniş şəkildə paylanılıb.

Kitabın PDF faylı GünAz TV saytında dərc olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir