Şənbə , 4 May 2024
Ana səhifə / Azərbaycan / Güney Azərbaycanda ağac qətliamı GÖRÜNTÜLƏRDƏ

Güney Azərbaycanda ağac qətliamı GÖRÜNTÜLƏRDƏ

Güney Azərbaycanın müxtəlif bölgələrində hər gün ağacların məhv edilməsi faktı qeydə alınır.

Məlum olduğu kimi, Azərbaycanın əksər şəhər və kəndlərində ekoloji vəziyyət qənaətbəxş deyil, ətraf mühit gün keçdikcə çirklənir. Bu problem əvvəllər əsasən başda Urmu gölü olmaqla göllərin quruması və müxtəlif zavodların köhnə üsulla fəaliyyət göstərməsi nəticəsində baş verirdi. Son vaxtlar isə ekoloji vəziyyətin pisləşməsinə səbəb olan amillərə yaşıllıq ərzilərinin məhv edilməsi və ağacların kütləvi şəkildə kəsilməsi amili də əlavə olunub.

Bu barədə ətraf mühit tərəfdarları davamlı olaraq xəbərdarlıq edir, sosial şəbəkələrdə isə ağacların kütləvi şəkildə kəsildiyini əks etdirən materiallar yayılır. Buna baxmayaraq səlahiyyətli orqanlar bölgənin ətraf mühitinə və əhalinin sağlamlığına laqeyd yanaşır və problemin həlli istiqamətində hər hansı addım atılmır.

Aşağıdakı şəkillər ağacların növbəti qətliam faktını göstərməkdədir. Görüntüləri yayan “Nəsr” xəbər agentliyi ağacların Azərbaycanın müxtəlif bölgələrində kəsildiyini qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir