Cümə , 3 May 2024
Ana səhifə / Azərbaycan / Güney azərbaycanlı fəal Əli Əzizi ailəsi ilə qısa telefon əlaqəsi saxlayıb

Güney azərbaycanlı fəal Əli Əzizi ailəsi ilə qısa telefon əlaqəsi saxlayıb

Güney azərbaycanlı milli-mədəni fəal Əli Əzizi ailəsi ilə qısa telefon əlaqəsi saxlayaraq Təbriz Ettelaat İdarəsinin təcridxanasına köçürüldüyünü bildirib.

Azərbaycanlı fəal bu barədə fevralın 26-da ailə üzvlərinə zəng edərək məlumat verib.

Fəal anası ilə danışığında hansı ittiham üzrə saxlandığından xəbərsiz olduğunu bildirib.

Xatırladaq ki, Təhlükəsizlik qüvvələri fevralın 23-də fəalın ata evinə müraciət edərək onu yaxalayıb.

Fəalın valdeyinləri, təhlükəsizlik qüvvələri məhkəmə hökmünü təqdim etmədiyi üçün onlara müqavimət göstərib, buna baxmayaraq məmurlar fəalı qanunsuz şəkildə saxlayaraq naməlum istiqamətə aparmışdır.

Əli Əzizi bundan əvvəl də Azərbacan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə saxlanılıb və həbs olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir