Şənbə , 18 May 2024
Ana səhifə / Azərbaycan / Güney azərbaycanlı fəal Cəfər İsməilzadə və oğlu 1 il həbs cəzasına məhkum edilib

Güney azərbaycanlı fəal Cəfər İsməilzadə və oğlu 1 il həbs cəzasına məhkum edilib

Güney azərbaycanlı milli-mədəni fəal Cəfər İsməilzadə və oğlu Milad İsməilzadə birlikdə 1 il həbs cəzasına məhkum edilib.

Məlumata görə, Təbriz İnqilab Məhkəməsinin 1-ci şöbəsi Aşura “Sepah”ının təhlükəsizlik bölümünün raportunu əsas götürərək fəalların hər birini 6 ay azadlıqdan məhrum edib.

Ata və oğulun “bölücülüyü əks etdirən vərəqələr paylamaqla sistemin əleyhinə təbliğat aparmaq” və “Təbriz şəhərində kürd və erməni dillərində olan lövhələri yandırmaq” kimi qondarma ittihamlarla üzləşdiyi bildirilir.

Mayın 29-da Təbrizdə öz iş yerlərində “Sepah”ın təhlükəsizlik bölümünün əməkdaşları tərəfindən saxlanılan ata və oğul 50 milyon tümənlik mülki vəsiqə qarşılığında sərbəst buraxılmışdır.

“Sepah” əməkdaşları fəalları saxladıqdan sonra İsmailzadə ailəsinin evinə də müraciət etmişdir. Onlar ailəni təhdid edərək ev sahibinə aid ləptop, kitab və daha bir neçə şəxsi əşyanı özləri ilə götürmüşdür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir