Cümə , 3 May 2024
Ana səhifə / Azərbaycan / Güney azərbaycanlı fəal Həkimə Əhmədi 2 il həbs cəzasına məhkum edilib

Güney azərbaycanlı fəal Həkimə Əhmədi 2 il həbs cəzasına məhkum edilib

Güney azərbaycanlı fəal Həkimə Əhmədi 583 gün müvəqqəti saxlandıqdan sonra 2 il həbs cəzasına məhkum edilib.

Azərbaycanlı fəal sistemin əleyhinə təbliğat aparmaq və milli təhlükəsizliyi pozmağa cəhd görtərməkdə ittiham olunub.

Fəal hal-hazırda Şərqi Azərbaycanın Marağa zindanında saxlanılır.

Həkimə Əhmədi 2018-ci il oktyabrın 18-də təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq Mərənd Şəhər Ettelaat İdarəsinin təcridxanasına aparılıb.

Azərbaycanlı fəal yeni saxlandığı zaman Ettelaat-ın təcridxanasında işgəncəyə məruz qalıb. İşgəncədən qabırğa və barmaqları qırılan fəal 2018-ci il oktyabrın 30-da xəstəxanaya aparılıb. O bir neçə gün müalicə edildikdən sonra noyabrın 2-də yenidən saxlandığı təcridxanaya qaytarılıb.

Fəal bir müddət işgəncə edildikdən sonra Marağa zindanına köçürülüb.

O saxlandığı 16 ay müddətində bir neçə dəfə aclıq aksiyası keçirib.

Həkimə Əhmədinin müvəqqəti azadlığa buraxılması üçün 5 milyard riallıq mülki vəsiqə tələb olunub, lakin onun ailəsi belə bir vəsiqəni təmin etmək iqtidarında olmayıb.

İki uşaq anası olan Həkimə Əhmədinin sosiologiya üzrə yüksək lisansı var. O Mərənd şəhərinin fəallarından biri kimi, ana dilində təhsil hüququ ilə bağlı fəaliyyət göstərir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir