Bazar , 19 May 2024
Ana səhifə / Azərbaycan / Güney azərbaycanlı fəal Nəsim Sadiqinin məhkəmə iclası keçirilib

Güney azərbaycanlı fəal Nəsim Sadiqinin məhkəmə iclası keçirilib

Təbrizin İnqilab Məhkəməsində güney azərbaycanlı milli-mədəni fəal Nəsim Sadiqinin məhkəmə iclası keçirilib.

Fəal bundan əvvəl məhkəmənin elektron sistemi tərəfindən göndərilən çağırış vərəqəsinə əsasən sentyabrın 3-də Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsinə müraciət edib.

“Sistemin əleyhinə təbliğat aparmaq”da günahlandırılan fəal irəli sürülən ittihamı qətiyyətlə rədd edərək ölkə konstitusiyası çərçivəsində mədəni fəaliyyətlə məşğul olduğunu bildirib. O məhkəməni müstəqilliyini qorumağa və təhlükəsizlik orqanlarının quraşdırdığı dosyelərdən asılı olmamağa çağırıb.

2018-ci il oktyabrın 21-də saxlanılan Nəsim Sadiqi bir neçə gün sonra oktyabrın 31-də 150 milyon tümənlik mülki vəsiqə qarşılığında müvəqqəti olaraq Təbrizin mərkəzi zindanından sərbəst buraxılmışdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir