Çərşənbə axşamı , 7 May 2024
Ana səhifə / Azərbaycan / Güney azərbaycanlı fəal Salar Tahiri Əfşar müvəqqəti azadlığa buraxılıb

Güney azərbaycanlı fəal Salar Tahiri Əfşar müvəqqəti azadlığa buraxılıb

Son etirazlar zamanı saxlanılan güney azərbaycanlı milli-mədəni fəal Salar Tahiri Əfşar müvəqqəti olaraq azadlığa buraxılıb.

Urmiya sakini olan fəal noyabrın 28-də 100 milyon tümənlik mülki vəsiqə qarşılığında azad edilib.

Benzinin bahalaşması ilə əlaqədar keçirilən etiraz aksiyalarında Güney Azərbaycanın digər şəhərləri kimi, Urmiya şəhərində də çox sayda soydaşımız saxlanılıb. Onların arasında azərbaycanlı milli-mədəni fəallar da var. Aksiyaların keçirildiyi günlərdə Urmiyada saxlanılan fəallardan bu günədək 3-nün kimliyi müəyyən edilib: Əli Əzizi, Salar Tahiri Əfşar və Abbas Mehrasa.

Cümə axşamı müvəqqəti sərbəst buraxılan fəaldan əlavə, Əli Əzizi də ötən günlərdə mülki vəsiqə qarşılığında azadlığa buraxılıb. Lakin hələlik Abbas Mehrasanın harada saxlandığı və vəziyyəti haqda heç bir məlumat yoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir