Çərşənbə axşamı , 14 May 2024
Ana səhifə / Azərbaycan / Güney azərbaycanlı fəal, yazıçı və şair Rəhim Qulami 1 il həbs cəzasına məhkum edilib

Güney azərbaycanlı fəal, yazıçı və şair Rəhim Qulami 1 il həbs cəzasına məhkum edilib

Güney azərbaycanlı milli-mədəni fəal, araşdırmaçı, şair və yazıçı iyunun 16-da 1 il həbs cəzasına məhkum edilib.

İyunun 3-də Ərdəbil İnqilab Məhkəməsinin 1-ci şöbəsində hakim Xudadadinin sədrliyi ilə keçirilən məhkəmə iclasında onun sistemin əleyhinə təbliğat aparmaq, GAMAC (Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi) təşkilatına üzv olmaq və rəhbəri təhqir etmək kimi uydurma ittihamlarla üzləşdiyi məlum olmuşdur.

Fəal irəli sürülən bütün ittihamları rədd edərək vurğulayıb ki, Ettelaat İdarəsinin nəşrə hazır olan elmi əsərini götürməsinə haqq qazandırmaq üçün belə bir əsassız ittihamlar meydana çıxıb. O əlavə edib ki, bu kimi ittihamların əsas hədəfi Azərbaycanda gedən mədəni Milli Hərəkatı radikal göstərməkdir.

Rəhim Qulami Güney Azərbaycanın tanınmış milli-mədəni fəallarından biridir. O mədəni fəaliyyətlərinə görə, bu günə qədər dəfələrlə saxlanılıb, həbs edilib, müxtəlif işgəncə və təzyiqlərə məruz qalıb.

Rəhim Qulami “Yaylıq” nəşr evi  tərəfindən çap olunan “Folklorumuzdan bir yarpaq”, “Atalar sözü” və “Folklor nağılları” kitablarının müəllifidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir