Cümə , 3 May 2024
Ana səhifə / Azərbaycan / Güney azərbaycanlı milli-mədəni fəal Əlirza Fərşi saxlanılıb

Güney azərbaycanlı milli-mədəni fəal Əlirza Fərşi saxlanılıb

Güney azərbaycanlı milli-mədəni fəal Əlirza Fərşi Tehranda  saxlanılıb.

Fəal yanvarın 8-ı günortadan sonra mülki geyimli şəxslər tərəfindən öz iş yerində yaxalanıb.

Onun hansı səbəbdən saxlandığı barədə yaxınlarına heç bir məlumat verilməyib.

Əlirza Fərşi 2014-cü ildə Nəsimşəhrdə Beynəlxalq Ana Dili Günü mərasiminə qatıldığı üçün Baharistan İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən 15 il həbs və 2 il Xuzistan Əyalətinə sürgünə məhkum edilib.

Beynəlxalq Əfv Təşkilatı ötən aylarda bəyanat yayaraq azərbaycanlı fəal barəsində çıxarılan ağır məhkəmə hökmünün ləğv edilməsini tələb etmişdir.

Əlirza Fərşi və onunla birlikdə yaxalanan digər 3 güney azərbaycanlı fəalın apellyasiya şikayətinə 2019-cu il dekabrın 23-də Tehran Apellyasiya Məhkəməsinin 54-cü şöbəsində baxılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir