Bazar , 28 Aprel 2024
Ana səhifə / Azərbaycan / Güney azərbaycanlı milli-mədəni fəal Siyamək Seyfi saxlanılıb

Güney azərbaycanlı milli-mədəni fəal Siyamək Seyfi saxlanılıb

Meşkinşəhr (Xiyav) sakini olan güney azərbaycanlı milli-mədəni fəal Siyamək Seyfi saxlanılıb.

Fəal noyabrın 18-də təhlükəsizlik qüvvələri tərəfindən yaxalanaraq Meşkinşəhrin 11-ci polis bölməsinə aparılıb.

Noyabrın 19-da məhkəməyə aparılan azərbaycanlı fəal sonra Ərdəbil Ettelaat İdarəsinin təcridxanasına intiqal edilib.

Siyamək Seyfinin hansı səbəbdən saxlandığı ilə bağlı hələlik dəqiq məlumat yoxdur.

Xəbər verdiyimiz kimi, Ərdəbil sakini olan güney azərbaycanlı milli-mədəni fəal Meysəm Colani də noyabrın 17-də təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

İran və Güney Azərbaycan şəhərlərində kütləvi etirazlar keçirildiyi günlərdə onlarla güneyli fəal saxlanılıb. Ehtimal olunur ki, təhlükəsizlik qüvvələri benzinin bahalaşması ilə bağlı başlayan aksiyaların Güney Azərbaycan şəhərlərini bürüməsindən ehtiyatlanaraq önləyici tədbirlərə əl atır.

Ötən günlərdə etiraz aksiyalarının geniş vüsət aldığına və hökumət tərəfindən internetin kəsildiyinə görə Azərbaycan şəhərlərində saxlanılan etirazçıların kimliyini müəyyənləşdirmək mümkün olmayıb. Onlardan hələlik 10-nun adı dəqiq olaraq müəyyən edilib: Qaffar Rzaiyan (Zəncan), Davud Şiri (Təbriz), Əyyub Şiri (Təbriz), Ruzbeh Piri (Təbriz), Yaşar Piri (Təbriz), Fəraz Novruzi (Təbriz), Tohid Xademi (Qoşaçay), Əhməd Abedi (Qoşaçay), Meysəm Colani (Ərdəbil) və Siyamək Seyfi (Xiyav).

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir