Şənbə , 4 May 2024
Ana səhifə / Azərbaycan / Güney azərbaycanlı müəllimin son dərəcə fədakar olduğunu göstərən GÖRÜNTÜLƏR

Güney azərbaycanlı müəllimin son dərəcə fədakar olduğunu göstərən GÖRÜNTÜLƏR

Güney Azərbaycanda ağır şəraitdə şagird yetişdirən bir müəllimin son dərəcə fədakar olduğunu göstərən görüntülər yayılıb.

Görüntülər sosial şəbəkələrin istifadəçilərinin xüsusi diqqətini çəkib, onlar azərbaycanlı müəllim Məhəmməd Sadiqinin çəkdiyi zəhmətləri təqdir ediblər.

Məhəmməd sadiqi Şərqi Azərbaycan Əyalətində yerləşən Çaroymaq şəhərinin “Dağ kəndi” sakinidir.

O səmimi şəkildə həyatını ağır şəraitdə təhsil alan şagirdlərinə həsr edib.

Azərbaycanlı müllim çox acınacaqlı vəziyyətdə olan, palçıqdan tikilmiş bir dərs otağında tədris edir. Şəkillərdə göründüyü kimi, şagirdlər sınıq oturacaqlardan istifadə edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir