Bazar , 19 May 2024
Ana səhifə / Azərbaycan / Güney azərbaycanlı öyrəncilər Tehranın millət vəkilinə Pinokkionun büstünü hədiyyə edib

Güney azərbaycanlı öyrəncilər Tehranın millət vəkilinə Pinokkionun büstünü hədiyyə edib

Bir qrup güney azərbaycanlı öyrənci Tehranın İran parlamentindəki millət vəkili Mahmud Sadiqiyə özünəlayiq büst hədiyyə edib.

Mahmud Sadiqi, Mühəqqiq Ərdəbili Universitetinin İslahatçı Təşkilatının dəvəti ilə Güney Azərbaycana gəlib. Universitetdə ona yalanlarına görə məşhur Pinokkionun büstü hədiyyə edilib.

Universitetin İslami Dərnəyinin öyrənciləri bildirib ki, büst deputata əhalini aldatmaq üçün cəhdlərinə görə bağışlanır.

Mahmud Sadiqi sözdə islahatçı siyasətçi olmaqla yanaşı, o həm də universitet müəllimi, ruhani və hüquqşünasdır. O hazırda Tehranın İran parlamentindəki millət vəkili kimi fəaliyyət göstərir.

Mahmud Sadiqi “Sepah” Amerika Birləşmiş Ştatları tərəfindən terrorçu qruplaşma kimi tanındığı zaman “Sepah” əməkdaşlarının geyimini geyərək parlamentdə bu məsələyə etiraz edən deputatlar arasında yer almışdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir