Bazar , 12 May 2024
Ana səhifə / Azərbaycan / Güney azərbaycanlı rejissorun çəkdiyi film Bursa Film Festivalında ikinci yeri qazanıb

Güney azərbaycanlı rejissorun çəkdiyi film Bursa Film Festivalında ikinci yeri qazanıb

Güney azərbaycanlı məşhur gənc rejissor Leyla Novruzinin çəkdiyi  “Qara yol” filmi Türkiyədə keçirilən beynəlxalq film festivalında ikinci yeri tutub.

Bursa Beynəlxalq Film Festivalında uğura imza atan qısametrajlı film festivalın nağd mükafatını əldə edib.

“Qara yol” bundan əvvəl də bir neçə fetivalda müxtəlif mükafatlara layiq görülüb. Film ötən il İstanbul “İpək yolu” film festivalı, həmçinin Şərqi Azərbaycanda keçirilən “Ailə Kinoteatrı Festivalı”nın “ən yaxşı film” mükafatlarını qazanıb.

Leyla Novruzi “Qara yol” filminin mətnini 4 il əvvəl yazıb. Film atasını itirmiş gənc qız Aydadan bəhs edir. Atasının dəfn mərasiminə qatılmaq üçün Tehrandan Ərdəbilə gələn Ayda yolda Duman adlı biri ilə tanış olur. Film Aydanın vətəni Ərdəbil və Azərbaycanın simvolu kimi atasına olan məhəbbətini çatdırmaq istəyir.

Leyla Novruzinin bundan əvvəl çəkdiyi “Mən İsmətəm” filmi də “İpək Yolu” Film Festivalında münsiflər heyətinin xüsusi mükafatına layiq görülmüşdür.

Gənc rejissor Güney Azərbaycanın məşhur “Traxtur” futbol komandası haqda film çəkəcəyini də açıqlayıb. O bildirib ki, film barəsində yayılan xəbər komanda tərəfdarları tərəfindən böyük rəğbətlə qarşılanıb. Ümid edirəm ki, klub rəhbərliyi bu istiqamətdə lazım olan dəstəyi verəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir