Bazar , 19 May 2024
Ana səhifə / Azərbaycan / Güney azərbaycanlı uşaqlardan maddi-mənəvi varlığımızın məhv olunmasına ETİRAZ

Güney azərbaycanlı uşaqlardan maddi-mənəvi varlığımızın məhv olunmasına ETİRAZ

Bir qrup güney azərbaycanlı uşaq Təbrizin Ərk qalasının önünə toplaşaraq vətənimizin maddi-mənəvi varlığının məhv edilərək sıradan çıxarılmasına etiraz bildiriblər.

Türk dilində yazılmış plakatlar qaldıran uşaqlar Güney Azərbaycanda tarixi xəzinələrimiz, suların çirkləndirilməsi, ətraf mühitə vurulan ziyan və mədənlərin talanmasına etiraz ediblər.

Ərk qalası önündə qaldırılan plakatlara “tarixi xəzinələrimizi saxlayın”, “suları bulandırmayın” və “ağacları kəsməyin” kimi sözlər yazılıb.

Uşaqlar “ana dilində mədrəsə” yazılmış plakat da nümayiş etdirib, onlar bu şəkildə məktəblərdə türk dilinin tədris olunmasını tələb ediblər.

Uşaqların ana dilində təhsil almasına qoyulan qadağa etirazlara səbəb olmaqla yanaşı beynəlxalq qanunlara da ziddir. İran dövləti uşaq hüquqları ilə bağlı konvensiyaya imza atsa da, ölkədə beynəlxalq öhdəliklərə əməl edilmir. Hətta İran konstitusiyasında ana dilinin tədrisi ilə bağlı olan 15-ci maddə də 40 ildir ki, icra olunmur. Bu məsələ uzun illərdir güney azərbaycanlıların kəskin etirazına səbəb olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir