Çərşənbə axşamı , 7 May 2024
Ana səhifə / Azərbaycan / Həbib Sasaniyan məhkəmədən Ərdəbil zindanına aparılıb

Həbib Sasaniyan məhkəmədən Ərdəbil zindanına aparılıb

Ötən günlərdə Ərdəbilin İnqilab Məhkəməsinə çağırılan azərbaycanlı milli-mədəni fəal Həbib Sasaniyan məhkəməyə müraciət edib, o prosesdən sonra həbsxanaya aparılıb.

Mayın 18-də elektron məktubu ilə çağırılan fəaldan 5 gün ərzində İnqilab Məhkəməsinin 12-ci şöbəsinə müraciət etməsi tələb olunmuşdur.

Məktubda “rəsmiləri təhqir etmək, başqalarının əleyhinə yalan şayiə yaymaq və böhtan demək” ittihamı ilə məhkəməyə çağırıldığı qeyd olunub.

Mayın 20-də məhkəməyə müraciət edən fəalın məhkəmə iclası keçirilib, prosesdən sonra barəsində 400 milyon riallıq mülki vəsiqə qərarı çıxarılıb. Həmin gün vəsiqəni təmin etmək mümkün olmadığından fəal zindana aparılıb.

Məlumata görə, fəal zindana aparılmasın deyə dostları iş yerlərinin lisenziyasını girov qoymaq istəyib, lakin sənəd məhkəmə tərəfindən qəbul olunmayıb. Sonra fəalın ailəsi və yaxınları tələb olunan vəsiqəni əldə ediblər, lakin iş vaxtı qurtardığı üçün vəsiqəni məhkəməyə təqdim etmək mümkün olmayıb və fəalı həbsxanaya aparıblar.

Həbib Sasaniyan 2017-ci il il yayın orta ayında 16 ay həbsdən sonra Təbrizin Mərkəzi Zindanından sərbəst buraxılıb. O 350 milyon tümənlik mülki vəsiqə qarşılığında müvəqqəti olaraq sərbəst buraxılmışdır.

Ərdəbil sakini olan azərbaycanlı fəal 2018-ci il noyabrın 8-də təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb və bir neçə saat saxlandıqdan sonra zəmanətə buraxılıb. Təhlükəsizlik qüvvələri məhkəmə hökmü olmadan fəalı qohumlarının evinin qarşısında döyərək saxlamışdır.

Həbib Sasaniyan elektrik və telekommunikasiya mühəndisliyi üzrə təhsil alıb. O Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir