Şənbə , 18 May 2024
Ana səhifə / Azərbaycan / Həmədan Əyalətində iki qız şəxsi işlərinə müdaxilə edən axundu cəzalandırıb

Həmədan Əyalətində iki qız şəxsi işlərinə müdaxilə edən axundu cəzalandırıb

Həmədan Əyalətində yerləşən Kəbudrahəng şəhərinin İslami Təbliğat İdarəsinin icraçı direktoru axund Əbülhəsən Keyhani iki qızın şəxsi işlərinə müdaxilə etdiyi üçün cəzalandırılıb.

Məlumata görə, axund “əmr be məruf və nəhy az münkər” (yaşxı işlərə dəvət etmək və pis işlərdəm çəkindirmək) etmək bəhanəsi ilə itləri ilə parka gəzintiyə çıxan iki qıza yaxınlaşıb. İtlərin parkdan uzaqlaşdırılmasını tələb edən axund qızların müqaviməti ilə üzləşib.

Axund bildirib ki, qızlar onu söyüb və dərhal avtomobilə miniblər. Onlar avtomobili qəsdən axunda vurub və ərazidən qaçıb.

İran və Güney Azərbaycanda əhali axundları ölkədə yaşanan problemlərin əsas səbəbkarı kimi görür. Bu səbəbdən axundların əhalinin şəxsi işlərinə müdaxilə etməsi kəskin reaksiya ilə qarşılanır. İnsanların özəl işlərinə qarışan axundlara bundan əvvəl də sərt cavab verilib. Bu kimi hərəkətlər hətta Həmədan və Tehran kimi şəhərlərdə axunların öldürülməsi ilə nəticələnib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir