Bazar , 12 May 2024
Ana səhifə / Azərbaycan / “Həmədanda ölümlə nəticələnən yol qəzalarının sayı artıb”

“Həmədanda ölümlə nəticələnən yol qəzalarının sayı artıb”

Güney Azərbaycan Həmədan Əyalətinin Yol və Nəqliyyat İdarəsinin rəisi təmsil etdiyi əyalətdə ötən illə müqayisədə ölümlə nəticələnən yol qəzalarının artdığını deyib.

Mustafa Pənahəndə bu barədə keçirdiyi mətbuat konfransında danışıb.

“Ölkə yollarında ən çox təhlükə törədən 251 nöqtə müəyyən edilib. Onlardan 106-ı Həmədan Əyalətinə aiddir.

Cari ildə ölkə üzrə şəhərlərarası yollarda baş verən yol qəzalarının sayı 11.5, Həmədan Əyalətində isə 14 faiz artıb.”- deyə o bildirib.

Yol qəzalarının sayının azalması üçün müəyyən işlərin görüldüyünü bildirən Mustafa Pənahəndə Həmədan Əyalətində ölümlə nəticələnənən yol-nəqliyyat hadisələrinin 7 faiz artdığını diqqətə çatdırıb.

“Piyadaların ölümü ilə nəticələnən yol-nəqliyyat hadisələrinin 40 faizdən çoxu şəhərlərinin 2 kilometrliyində baş verir. Bu istiqamətdə piyadaları yol hərəkəti qaydaları ilə tanış etmək və maarifləndirmə işləri aparmaqla baş verən qəzalarının sayını azaltmaq mümkündür. Cari ildə baş verən avtomobil qəzalarında hadisə yerində ölənlərin sayı da 40 faiz artım göstərir. Bunun da səbəbləri araşdırılıb və aradan qaldırılmalıdır.”- deyə Həmədan Əyalətinin Yol və Nəqliyyat İdarəsinin rəisi əlavə edib.

Güney Azərbaycan yollarında təxminən hər gün çoxsaylı insan tələfatı və kütləvi xəsarət alma ilə nəticələnən müxtəlif yol qəzaları baş verir. Ölkənin səlahiyyətli orqanları isə insan həyatına real təhlükə yaradan problemi müxtəlif səbəblərlə izah edir və bu istiqamətdə tədbir almaq yerinə, sadəcə xəbər yaymaqla kifayətlənirlər. Ekspertlər yolların qeyri-standart olması, avtomobillərin keyfiyyətsiz olması və insan amilini baş verən qəzaların əsas səbəbi kimi göstərir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir