Şənbə , 18 May 2024
Ana səhifə / Azərbaycan / Həsən Ərk Təbrizin Ettelaat İdarəsinə çağırılıb

Həsən Ərk Təbrizin Ettelaat İdarəsinə çağırılıb

Güney azərbaycanlı milli-mədəni fəal Həsən Ərk Təbrizin Ettelaat İdarəsinə çağırılıb.

Onun sentyabrın 24-də təhlükəsizlik orqanına çağırıldığı bildirilir.

Azərbaycanlı fəal son vaxtlar irqçi “farsca yetərlilik testi”nin tətbiq olunmasının əleyhinə, həmçinin Səhər Xudayarinin özünü yandıraraq intihar etməsi macərası və qadın haqları mövzusunda bir neçə məqalə yazıb. Onun həmin yazılarla bağlı Ettelaat İdarəsinə çağırıldığı məlum olub, fəal haqda dosye təşkil olunduğu bildirilir.

Azərbaycanlı fəalın Ettelaat İdarəsinə çağırılarkən səhhəti yaxşı olmayıb. Onun bir neçə gündür xəstə olduğu və böyrək xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir