Şənbə , 4 May 2024
Ana səhifə / Azərbaycan / İbrahim Nurinin həbs olunmasından bir il keçdi

İbrahim Nurinin həbs olunmasından bir il keçdi

Tehranın Evin zindanında məhbus həyatı yaşayan güney azərbaycanlı milli-mədəni fəal İbrahim Nurinin həbs olunmasından bir il keçir.

Ötən il bu günlərdə Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsi fəalı ənənəvi “Babək qalası” mərasiminə qatılmaqla əlaqədar 18 ay həbs və Nəhbəndan şəhərinə sürgün edilmə cəzasına məhkum edib. Hökm sonralar Apelyasiya Məhkəməsi tərəfindən 16 ay həbsə endirilib.

Fəal 2018-ci il iyulun 5-də təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq Tehranın Evin zindanına aparılıb.

Onun 4 ay sonra azadlığa buraxılması gözlənilir.

Qeyd edək ki, İbrahim Nurinin 6 və 10 ay həbs cəzasına məhkum edildiyi daha iki dosyesi var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir