Şənbə , 18 May 2024
Ana səhifə / Azərbaycan / İdarələrdən birinin rəisi mənimsəmə ittihamı ilə saxlanılıb – Azərşəhrdə

İdarələrdən birinin rəisi mənimsəmə ittihamı ilə saxlanılıb – Azərşəhrdə

Güney Azərbaycanın Azərşəhr (Tufarqan) şəhərində idarələrdən birinin rəisi dövlət əmlakını mənimsəmə ittihamı ilə tutulub.

Bu barədə Şərqi Azərbaycan Ədliyyə İdarəsinin rəisi Musa Xəlilullahi mətbuata məlumat verib.

“Azərşəhrdə idarələrdən birinin rəisi təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. O dövlətə aid torpaq sahələrini gizli şəkildə satıb. İdarə rəisi torpaq sahələrini satdığı şəxslə birlikdə saxlanılıb.”- deyə o bildirib.

Musa Xəlilullahi sözügedən idarə və saxlanılan şəxslərin kimliyi barədə heç bir məlumat verməyib.

Ədliyyə İdarəsi rəisinin sözlərinə görə, işə Təbrizin İnqilab Məhkəməsində baxılır.

İranda dövlət əmlakını mənimsəmə, rüşvətxorluq və korrupsiya bütün rəsmi orqanları bürüyüb. Beynəlxalq Şəffaflıq Təşkilatının hesabatına görə, İran dünya üzrə ən korrupsiyalaşmış ölkələr sırasındadır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir