Cümə axşamı , 2 May 2024
Ana səhifə / Azərbaycan / İran rejimi bir neçə tanınmış güney azərbaycanlı millət vəkilinin növbəti seçkilərə namizədliyini rədd edib

İran rejimi bir neçə tanınmış güney azərbaycanlı millət vəkilinin növbəti seçkilərə namizədliyini rədd edib

İranda fevralın 21-də keçiriləcək parlament seçkilərinə namizədliyini irəli sürmüş hazırkı millət vəkillərinin bir çoxu seçki komissiyası tərəfindən diskvalifikasiya edilib.
Namizədliyi rədd edilən hazırkı millət vəkilləri arasında Qərbi Azərbaycan Əyalətindən Urmiyanın millət vəkili Nadir Qazipur və Hadi Bahaduri, həmçinin Makının millət vəkili Eynulla Şərifpurun adı var. Şərqi Azərbaycandan isə Zəhra Sai (Təbriz), Məsumə Ağapur (Şəbistər) və Quli-üllah Quluzadənin (Kəleybər, Xudafərin və Hurand) namizədliyi rədd edilib.
Millət vəkilləri, xüsusi ilə də Nadir Qazipurun namizədliyinin rədd edilməsi sosial mediada geniş müzakirə mövzusuna çevrilib.
Qərbi Azərbaycan Əyalətində hazırkı deputatlardan sadəcə Urmiyanın vəkili Ruhullah Həzrətpur və Xoyun millət vəkili Tağı Kəbirinin namizədliyinin qeydiyyata alındığı bildirilir.
Mediada yayılan məlumata görə, Tehran şəhərinin türk millət vəkillərindən Məhəmməd Rza Badamçının da növbəti seçkilərə namizədliyi rədd olunub.
Təbrizdə fəaliyyət göstərən “Nasr News” saytı Şərqi Azərbaycan Əyalətində parlament seçkilərində millət vəkilliyinə namizədliyini irəli sürənlərin sadəcə 40 faizinin qeydiyyata alındığını bildirib.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir