Bazar , 19 May 2024
Ana səhifə / Azərbaycan / İran zindanlarında məhbus həyatı yaşayan 5 güney azərbaycanlı fəal, o cümlədən Abbas Lisaninin infoqrafiyası… – GÖRÜNTÜ

İran zindanlarında məhbus həyatı yaşayan 5 güney azərbaycanlı fəal, o cümlədən Abbas Lisaninin infoqrafiyası… – GÖRÜNTÜ

İran həbsxanalarında məhbus həyatı yaşayan 5 güney azərbaycanlı milli-mədəni fəalın infoqrafiyası yayılıb.

Azərbaycanlı fəallar tərəfindən hazırlanan infoqrafiyada siyasi fəalların həyatı və fəaliyyəti barədə müəyyən məlumatlar qeyd olunub.

Abbas Lisani, Mojqan Siyami, Lətif Həsəni və Rəhim Qulami Ərdəbil zindanı və Kərəcin Rəcayişəhr həbsxanasında məhbus həyatı yaşayır. Siyamək Mirzayi isə Cənubi Xorasanın Qain şəhərində sürgünə göndərilib.

Tanınmış milli-mədəni fəal Abbas Lisani 2019-cu il yanvarın 15-də Təbriz İnqilab Məhkəməsində keçirilən iclasdan çıxdıqdan sonra təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq Ərdəbil zindanına aparılıb. Məhkəmə tanınmış fəalı qondarma ittihamlarla 15 il həbs və 2 il sürgün cəzasına məhkum edib.

Ötən günlərdə İran həbsxanalarında saxlanılan 26 güney azərbaycanlı fəalın infoqrafiyası yayılmışdır:

1-Həkimə Əhmədi 2-Əlirza Fərşi 3-Cəfər Rüstəmirad 4-Kazım Səfabəxş 5-Nasir Xülusi 6-Məhəmməd Mahmudi 7-Əkbər Mühaciri 8-Davud Şiri 9-Babək Hüseyni Müqəddəm 10-Şahin Bərzgər 11-Əyyub Şiri 12-Əkbər Nəimi 13-Səccad Şəhiri 14-Saleh Molla Abbasi 15-Səhənd Məali 16-Əmir Səttari 17-Vəhid Əmir Əmini 18-İbrahim Nuri 19-Kiyanuş Aslani 20-Yusif Kari 21-Murtaza Şükri 22-Süleyman Kazimi.

Fəallarin infoqrafiyası fars dilində təqdim olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir