Şənbə , 18 May 2024
Ana səhifə / Azərbaycan / İsrail televiziyası: Güney Azərbaycan İsraili özünə düşmən bilmir – VİDEO

İsrail televiziyası: Güney Azərbaycan İsraili özünə düşmən bilmir – VİDEO

İsraildəki “Cəmiyyət üçün beynəlxalq layihələr” adlı qeyri-hökumət təşkilatının rəhbəri Arye Qut İsrail televiziyasında İranda baş verən son etirazlar haqda danışıb.

Arye Qut yanvarın 14-də “kanal 9”-da yayılan verilişdəki çıxışında Güney Azərbaycan məsələsinə də toxunub.

“Ayətullahlar hökuməti 35 milyon azərbaycanlıya zülm edir. Azərbaycanlılara mədəniyyətlərini inkişaf etmək icazəsi verilmir. Hökumət onların dil və mədəniyyətinə hörmət etmir. Hesab eliyirəm ki, Güney Azərbaycan İsraili özünə düşmən kimi görmür və İsraildən yardım gözləyir.”- deyə o söhbətinin bir hissəsində qeyd edib.

İsrail məsələləri üzrə ekspert ayətullahlar hökumətinin Azərbaycan Respublikasını özünə təhdid kimi gördüyünü də diqqətə çatdırıb.

Arye Qut bundan əvvəl də İsrail televiziyalarında İranda yaşayan qeyri-fars millətləri, xüsusi ilə də Güney Azərbaycan türklərinin zülmə məruz qaldığı barədə danışıb.

Are Qur İsraildə “Azərbaycan beynəlxalq multikulturalizm mərkəzi”nin rəhbəridir, o Azərbaycan həqiqətlərininin İsrail və dünya ictimaiyyətinə çatdırılması uğrunda fəaliyyət göstərir.

Adını çəkdiyimiz ekspert Bakıda doğulub, onun Azərbaycanla bağlı onlarla məqaləsi İsrail qəzetlərində dərc olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir