Bazar , 12 May 2024
Ana səhifə / Azərbaycan / “Kömür” filmi Urmiyada böyük rəğbətlə qarşılanıb – VİDEO

“Kömür” filmi Urmiyada böyük rəğbətlə qarşılanıb – VİDEO

Güney azərbaycanlı rejissor tərəfindən türk dilində çəkilən “Kömür” filmi Urmiyada böyük rəğbətlə qarşılanıb.

Film noyabrın13-də Urmiyanın Azadi kinoteatrında ekrana çıxarılıb.

Məlumata görə, filmi izləmək üçün kinoteatra müraciət edən soydaşlarımızın çoxu salon tamaşaçılarla dolduğuna görə giriş biləti ala bilməyib.

Filmdə baş rolu oynayan Hadi İftixarzadə film ekrana çıxarıldıqdan sonra “Durna news” xəbər agentliyinin müxbiri ilə danışığında Urmiya əhalisinə öz təşəkkürünü bildirib.
“Biz əhalidən bunu gözləyirdik. Film türk dilində olduğu üçün böyük rəğbətlə qarşılandı. 400 nəfərlik salon tamaşaçı ilə dolmuşdur.”- deyə o qeyd edib.

Tanınmış aktyor yaxın gələcəkdə türk dilində yeni filmlərin çəkiləcəyini də diqqətə çatdırıb. O bildirib ki, biz və rejissor cənab İsmayıl Münsif gələcək günlərdə yeni filmlər üzərində işləməyə başlayacayıq. İ.Münsif bir neçə ay ərzində türkcə yeni bir film hazırlamaq istəyir. Biz düşünürük ki, qövmlərin öz dilində filmləri olmalıdır. Ümid edirəm ki, Azərbaycanda kinoteatr işləri genişlənərək davam edəcək. Ona görə ki, bu məntəqədə çoxlu güclü rejissorlar var.

Qeyd edək ki, rejissoru İsmayıl Münsif olan “Kömür” filmi Güney Azərbaycan və Fransanın müştərək məhsuludur. Güney azərbaycanlı aktyorların rol aldığı film Astara şəhərində çəkilib.

“Kömür” filmi bundan əvvəl İranda keçirilən Fəcr Film Festivalında qərəzli münasibətlər və ayrı-seçkiliyə məruz qalmışdır.
İsmayıl Münsif may ayında İnstqaram səhifəsində paylaşdığı bir postda festival məsullarının onun türkcə əsərinə laqeyd münasibətindən şikayətlənmişdir.

Güney azərbaycanlı mədəni fəallar sosial şəbəkələrdə dəfələrlə soydaşlarımızı türk dilində çəkilən “Kömür” filminə dəstək verməyə çağırıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir