Bazar , 19 May 2024
Ana səhifə / Azərbaycan / Muğanda əkinçilər sarımsağın qiymətinin aşağı olmasına etiraz edib

Muğanda əkinçilər sarımsağın qiymətinin aşağı olmasına etiraz edib

Güney Azərbaycanın Muğan bölgəsində  sarımsaq əkəni ilə məşğul olan əkinçilər məhsullarını real qiymətə satmaq üçün şərait olmadığına etiraz edir.

Onlar bu məqsədlə bazar günü etiraz aksiyası keçirib. Məhsullarını yola toplayan əkinçilər Kənd Təsərrüfatı Kooperativ Təşkilatının anbarlarının yolunu bağlayıblar.

Əkinçilər sarımsağın qiymətinin aşağı olması, dövlət tərəfindən qarantili şəkildə alınmaması və məhsulun satışına dəllalların müdaxiləsi kimi məsələlərə etiraz bildirib.

Etirazçılar məhsullarının dövlət tərəfindən normal qiymətə alınması və ya ixrac edilməsinə şərait yaradılmasını tələb edib.

Sarımsaq Muğanın Parsabad məntəqəsində yetişdirilən əsas kənd təsərrüfatı məhsullarından biridir. Min bir zəhmətlə məhsul becərən əkinçilər məhsullarını real qiymətə sata bilmədikləri üçün tədricən sarımsaq əkməkdən imtina edirlər. Bu isə bölgənin kənd təsərrüfatı və nəticə etibarı ilə ailələrin keçimi üçün bir çox problemlərə səbəb olur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir