Şənbə , 18 May 2024
Ana səhifə / Azərbaycan / Mustafa Pərvin tanınmış fəal Abbas Lisaninin ədalətsiz məhkəmə prosesinə bu şəkildə etiraz bildirib – VİDEO

Mustafa Pərvin tanınmış fəal Abbas Lisaninin ədalətsiz məhkəmə prosesinə bu şəkildə etiraz bildirib – VİDEO

Azərbaycanlı sənətkar və milli-mədəni fəal Mustafa Pərvin son performansını tanınmış güney azərbaycanlı milli-mədəni fəal Abbas Lisaninin saxlanması və ədalətsiz məhkəmə prosesinə qarşı etiraza həsr edib.

Fəal etirazını iyunun 10-u yerli vaxtla saat 11:00-da (Abbas Lisaninin məhkəmə iclasının keçirildiyi gün və saat) Tehranda səhnələşdirib. O heyvanın çirkli bağırsağını dişində tutaraq Məhkəmə Kompleksinin yerləşdiyi məntəqəyə gedən xiyaban və meydanlarda hərəkət edib.

O Xəyyam, 15 xordad Sepəhbud Qərəni və Şəriəti xiyabanlarında təxminən 5 saat gəzib. Sonra Ərdəbilə gələn fəal iyunun 12-də bu şəhərin İnqilab Məhkəməsinin binası qarşısında görünüb, o binaya diqqətlə baxaraq ağzındakı bağırsağı yerə tüfürüb və yoluna davam edib.

Mustafa Pərvin fikirini insanlara, xüsusi ilə də ölkənin məhkəmə sisteminin məsullarına çatdırmaq üçün belə bir etiraz formasına əl atıb. Ərdəbil zindanında yanvarın 15-dən saxlanılan tanınmış milli-mədəni fəal Abbas Lisaniyə dəstək məqsədi ilə həyata keçirilən simvolik etiraz azərbaycanlılar tərəfindən dəstəklənib. Soydaşlarımız performansda heyvan bağırsağından istifadə olunmasını olduqca dərin məna daşıdığını bildiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir