Bazar ertəsi , 13 May 2024
Ana səhifə / Azərbaycan / Ölkənin 55 faiz iqtisadiyyatı 5 fars əyalətinin ixtiyarındadır

Ölkənin 55 faiz iqtisadiyyatı 5 fars əyalətinin ixtiyarındadır

İran hökumətinin rəsmi orqanlarının açıqladığı statistik məlumata görə, son illərdə ölkənin ümum daxili məhsulunun (ÜDM) 55 faizi 5 fars ölkəsinə aiddir.

İqtisadi ayrı-seçkilik qeyri-fars bölgələrində mühacirət və işsizlik problemini getdikcə dərinləşdirir.

Şübhəsiz ki, iqtisadi inkişaf və istehsalın səviyyəsini göstərən ÜDM-un göstəricisi bir il müddətində istehsal sahəsində edilən xidmətlər və məhsulların dəyərinin toplamını sərgiləyir.

ÜDM-un göstəricisi əslində insanların rifah halı, məşulluq və yaşayış səviyyəsini göstərməkdədir.

Aşağıdakı cədvəl İranda əyalətlərin ümum daxili məhsulunun səviyyəsini nümayiş etdirir. Statistik məlumat 2015-ci ildə (hicri-şəmsi təqvimi ilə 1394-cü il) banklar və İqtisadiyyat Nazirliyi tərəfindən yayılıb.

Cədvəldə göründüyü kimi, ölkə iqtisadiyyatının 54.7 faizi 31 əyalətdən 5 fars əyalətinin ixtirayındadır. Cədvələ Tehran, Xuzistan, İsfahan, Xorasan Rəzəvi və Fars əyalətləri liderlik edir. Xuzistan istisna olmaqla bu əyalətlərdə əsasən farsdilli əhali yaşayır.

Cədvəlin aşağı yerlərində qərarlaşan Güney Azərbaycan əyalətləri təbii resurslar, o cümlədən qiymətli daş və müxtəlif metal mədənləri, həmçinin kənd təsərrüfatı üçün əlverişli olan iqlim və məhsuldar torpaqlarla zəngindir. Güney Azərbaycanın Türkiyə, İraq və Azərbaycan Respublikası ilə həmsərhəd olması da onun iqtisadi durumunun yaxşılaşmasına təkan verə bilmir. Bütün bunlar İran rejiminin laqeyd münasibəti, ayrı-seçkilik siyasəti və yararsız qanunlarından irəli gəlir.

İqtisadi gərginlik Güney Azərbaycanda təhsil, səhiyyə, ətraf mühit, məşğulluq və s. kimi sahələrə öz təsirini qoyub. Bölgədə müşahidə olunan mühacirət problemi də bir başa iqtisadi vəziyyət və yaşayış səviyyəsi ilə bağlıdır.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir