Çərşənbə , 1 May 2024
Ana səhifə / Azərbaycan / Polis İdarəsinin kəşfiyyat bölümünə çağırılan güney azərbaycanlı fəal dindirilərək təhdid edilib

Polis İdarəsinin kəşfiyyat bölümünə çağırılan güney azərbaycanlı fəal dindirilərək təhdid edilib

Ərdəbildə güney azərbaycanlı milli-mədəni fəal və şair Mehdi Hamid Soltani Polis İdarəsinin kəşfiyyat bölümündə dindirilərək təhdid edilib.

Məlumata görə, yanvarın 11-də azərbaycanlı fəal mağazasının “lisenziya problemi” bəhanəsi ilə İctimai Məkanlara Nəzarət İdarəsinə (“Əmakin”) çağırılıb. O idarəyə müraciət etdikdən sonra kabinetlərdən birinə aparılıb və orada Polis İdarəsinin kəşfiyyat əməkdaşları tərəfindən sorğu-suala tutulub.

Əldə olunan informasiyaya əsasən Mehdi Hamid Soltaniyə mədəni fəaliyyəti və yazdığı şüarlar barədə suallar verilib. 2 saat sorğu-suala tutulan azərbaycanlı şair mədəni fəaliyyətləri ilə əlaqədar təhdid olunub.

Son vaxtlar İranda güney azərbaycanlı milli-mədəni fəallara qarşı təzyiqlər artıb. Şübhəsiz ki, bu vəziyyət ölkədə iqtisadi və siyasi vəziyyətin ağır olduğunu və rejimin müxalif qüvvələrdən vahiməyə düşməsini göstərir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir