Şənbə , 18 May 2024
Ana səhifə / Azərbaycan / Qərbi Azərbaycan: Bazirqanda Gümrük İdarəsinin rəis müavini saxlanılıb

Qərbi Azərbaycan: Bazirqanda Gümrük İdarəsinin rəis müavini saxlanılıb

Qərbi Azərbaycan prokuroru Mustafa Həbibi Bazirqan Gömrük İdarəsi rəis müavinin saxlandığı barədə məlumat verib.

Prokuror adını çəkmədiyi Gömrük İdarəsi rəsmisinin qaçaqmalçılıqla məşğul olan mütəşəkkil dəstəyə yardım etməkdə şübhəli bilindiyini qeyd edib.

Mustafa Həbibinin sözlərinə görə, qaçaqmalçılara dəstək veməklə bağlı başqa bir idarədə çalışan daha bir rəsmi şəxs təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Qərbi Azərbaycan Əyalətində yerləşən Bazirqan şəhəri Türkiyə ilə həmsərhəddir. Bu gömrük-keçid məntəqəsi 24 saat fəaliyyət göstərir.

İranda dövlət əmlakını mənimsəmə, rüşvətxorluq və korrupsiya bütün rəsmi orqanları bürüyüb. Beynəlxalq Şəffaflıq Təşkilatının hesabatına görə, İran dünya üzrə ən korrupsiyalaşmış ölkələr sırasındadır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir