Bazar , 28 Aprel 2024
Ana səhifə / Azərbaycan / Qəzvin Əyalətinin ilk və yeganə qadın bələdiyyə başçısı istefa verib

Qəzvin Əyalətinin ilk və yeganə qadın bələdiyyə başçısı istefa verib

Məhəmmədiyyə Şəhər Şurasının sözçüsü şəhərin bələdiyyə başçısı Məryəm Nəxostinin istefa verdiyini açıqlayıb.
Ümid Münfərib bu barədə yanvarın 22-də “Fars” xəbər agentliyinə danışıb.
“Məryəm Nəxostin bu gün Şəhər Şurasının iclasına qatılaraq istefa ərizəsini rəyasət heyətinə təqdim edib.”- deyə o diqqətə çatdırıb.
Şura sözçüsü Məryəm Nəxostinin istefasının səbəbi barədə hər hansı məlumata malik olmadığını bildirsə də, bələdiyyə başçısının isatefasının Şəhər Şurası tərəfindən qəbul olunduğunu bildirib.
Məhəmmədiyyə, Güney Azərbaycan Qəzvin Əyalətinin önəmli şəhərlərindən biridir. Bu şəhər Məhəmmədiyyə məntəqəsinin mərkəzi sayılır.
Qeyd edək ki, bir müddət əvvəl yerli mətbuat orqanları Məhəmmədiyyə şəhərinin bəzi məsullarının maliyyə pozuntuları ilə əlaqədar saxlanılacağı barədə məlumat yaymışdır. Qəzvinin Əyalətinin ilk və yeganə qadın bələdiyyə başçısının bu ərəfədə istefa verməsi xüsusi diqqət çəkir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir