Cümə axşamı , 2 May 2024
Ana səhifə / Azərbaycan / Rəsul Xətibi “Maşınsazi” komandasından ayrıldı

Rəsul Xətibi “Maşınsazi” komandasından ayrıldı

Təbrizin “Maşınsazi” futbol komandasının baş məşqçisi Rəsul Xətibi komandadan ayrılıb.

Bu barədə baş məqşçi çərşənbə axşamı günü İnstaqram səhifəsində məlumat paylaşıb:

“Böyük işlər görməyə çalışırdım. Təəssüflər olsun ki, imkan vermədilər. Ən yaxşı azarkeşlər; Xudahafiz. Sizə uğurlar!”

Mediada yayılan məlumata görə, son vaxtlar Rəsul Xətibi ilə “Maşınsazi” klubunun sahibi Məhəmmədrza Zenuzinin münasibəti yaxşı olmayıb. Baş məşqçinin komandadan ayrılması məhz bu problemlə əlaqədar ola bilər.

Rəsul Xətibinin istefasını qəbul edən Məhəmmədrza Zenuzi komandaya yeni baş məşqçi də təyin edib. Məlumata görə, ötən illərdə “Maşınsazi”ni çalışdıran Nadir Dəstnişan yenidən komandanın baş məşçi postuna gətirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir