Çərşənbə , 15 May 2024
Ana səhifə / Azərbaycan / Səhənd Məali Sarab həbsxanasında saxlanmasının 3-cü ayında

Səhənd Məali Sarab həbsxanasında saxlanmasının 3-cü ayında

Güney azərbaycanlı milli-mədəni fəal Səhənd Məalinin saxlanmasının 3-cü ayıdır.

Fəal mayın 2-də Sarab şəhərinin Hökmləri İcra edən Şöbəsinin məmurları tərəfindən saxlanılıb, o məhkum edildiyi 10 aylıq həbs cəzasını çəkmək üçün Sarab zindanına aparılıb.

Şahidlərin dediyinə görə, azərbaycanlı fəal saxlanılarkən təhlükəsizlik qüvvələri tərəfindən döyülüb.

Səhənd Məali Sarab şəhər sakinidir. O Güney Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, həbs olunub və müxtəlif təzyiqlərə məruz qalıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir