Bazar , 28 Aprel 2024
Ana səhifə / Azərbaycan / Şəhərin məişət tullantıları Qaradağ meşələrinə atılır – VİDEO

Şəhərin məişət tullantıları Qaradağ meşələrinə atılır – VİDEO

Avqust ayında dəhşətli yanğına məruz qalaraq yüzlərlə hektar sahəsi məhv olan Qaradağ meşələrində daha bir problem ortaya çıxıb.

Əldə etdiyimiz məlumata görə, meşənin Kəleybər şəhərinin Oskulo kəndi ətrafındakı hissəsində çoxlu məişət tullantısı müşahidə olunub.

Videosu sosial şəbəkələrdə yayılan tullantıların Kəleybər Bələdiyyə İdarəsi tərəfindən meşə sahəsinə atıldığı bildirilir.

Güney Azərbaycan üçün olduqca böyük əhəmmiyyət kəsb edən Qaradağ meşələrindən hər gün məyusedici xəbərlərin gəlməsi ətraf mühit tərəfdarlarının ciddi nigaranlığına səbəb olur. Ətraf Mühitin rəsmi dövlət orqanı tərəfindən çirkləndirilməsi problemin nə qədər ciddi olduğunu göstərməkdədir.

Tullantıların ətraf mühit və insan sağlamlığı üçün yaratdığı təhlükə hər kəsə aydındır. Qaradağ meşələrinə atılan plastik qablaşdırma tullantıları isə ətraf mühiti çirkləndirən əsas faktorlardan biridir. Zibil və tullantıların nəzarətsiz şəkildə əraziyə atılması hər zaman ekoloji problemin başlanğıcı sayılır. Bu vəziyyətə Güney Azərbaycanın müxtəlif bölgələrində rast gəlinir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir