Cümə axşamı , 9 May 2024
Ana səhifə / Azərbaycan / Şəhruz və Şahin Bərzgərin məhkəmə iclası keçirilib- Təbrizdə

Şəhruz və Şahin Bərzgərin məhkəmə iclası keçirilib- Təbrizdə

Təbriz Məhkəməsində güney azərbaycanlı milli-mədəni fəallar Şəhruz və Şahin Bərzgərin məhkəmə iclası keçirilib.
Fevralın 5-də baş tutan məhkəmə prosesində fəalların hansı ittihamla üzləşdiyi məlum deyil.
Şəhruz və Şahin Bərzgər 2019-cu il oktyabrın 25-də mərhum mühəndis Əmaninin ildönümü mərasimi zamanı, mərasimdən əvvəl öz evlərində Təbriz Ettelaat İdarəsinin əməkdaşları tərəfindən saxlanmışdır.
Şəhruz Bərzgər saxlanılarkən təhlükəsizlik qüvvələri tərəfindən döyülüb.
İldönümü mərasimi ilə əlaqədar Təbrizdə toplam olaraq 8 azərbaycanlı milli-mədəni fəal yaxalanmışdır.
Yeni ittihamlarla üzləşən Şahin Bərzgər məhkəmə iclasından sonra yenidən Təbrizin Mərkəzi Zindanına aparılıb. O digər azərbaycanlı fəallarla birlikdə Təbriz Ettelaat İdarəsinin təcridxanasında təxminən 3 ay saxlandıqdan sonra bu şəhərin mərkəzi zindanına köçürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir