Çərşənbə axşamı , 30 Aprel 2024
Ana səhifə / Azərbaycan / Savalan dağında hərbi təyyarə qəzaya uğrayıb

Savalan dağında hərbi təyyarə qəzaya uğrayıb

Güney Azərbaycanın Ərdəbil Əyalətində İrana məxsus “MiG-29” tipli qırıcı təyyarə qəzaya uğrayıb.

Mətbuat Ərdəbil Valiliyinin rəsmilərindən birinə istinad edərək hadisənin Savalan dağı yaxınlığında, Baba Məqsud zirvəsi üzərində baş verdiyini qeyd edib. Qəza nəticəsində pilot həlak olub.

Hadisə yerinə Qızıl Aypara Cəmiyyətinin helikopteri və əyalətin Fövqəladə İdarəsinin xilasedici qrupu cəlb edilib. Təyyarənin qalıqlarının və qara qutusunun hələlik tapılmadığı bildirilir. 

Araşdırma davam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir