Çərşənbə , 8 May 2024
Ana səhifə / Azərbaycan / “Savalan igidləri” nəşriyyatının uşaq kitabları Tehran sərgisindən yığışdırılıb

“Savalan igidləri” nəşriyyatının uşaq kitabları Tehran sərgisindən yığışdırılıb

32-ci Tehran Beynəlxalq Kitab Sərgisində türkcə kitablara yer verilmir.

Məlumata görə, sərgi məsulları aprelin 29-da türkcə uşaq kitablarını “Savalan igidləri” nəşriyyatı povilyonundan yığışdıraraq onlarla kitabı Azərbaycan uşaqları üçün əlçatmaz ediblər.

Türkcə uşaq kitabları nəşr edən “Kirpi” nəşriyyatına da Tehran Müsəllasında keçirilən sərgiyə qatılmaq üçün icazə verilməyib.

Oxşar hadisə 2018-ci ilin oktyabr ayında 16-cı Təbriz Beynəlxalq Kitab Sərgisində baş vermişdir.Sərginin fəaliyyətindən 24 saat keçməmiş “Kirpi” türk kitabları povilyonu rejim tərəfindən bağlanmışdır.

Türkcə kitabların sərgilənməsinə qadağa qoyulduğu beynəlxalq sərgidə türk kimliyi və tarixinin əleyhinə və fars irqçiliyini təbliğ edən çox sayda kitab nümayiş etdirilir, belə kitablara sərginin bir çox povilyonunda rast gəlinir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir