Bazar , 12 May 2024
Ana səhifə / Azərbaycan / Siyamək Mirzayi sürgünə göndərildi

Siyamək Mirzayi sürgünə göndərildi

Güney azərbaycanlı milli-mədəni fəal 3 illik həbs müddətini başa vurduqdan sonra Cənubi Xorasan Əyalətində yerləşən Qain şəhərinə sürgünə göndərilib.

Fəal Tehranın Evin zindanından sərbəst buraxıldıqdan sonra 1 illik sürgün cəzasını çəkmək üçün Qain şəhərinə intiqal edilib.

Yuxarıdakı şəkil azərbaycanlı fəalın 3 il həbsdən sonra azadlığa buraxıldığı gün çəkilib.

Evin zindanının 8-ci korpusunda həbs olunan S.Mirzayi iyunun 26-da, məhkumluq müddətinin başa çatmasına 2 gün qalmış Evin Zindanı Məhkəməsinin 6-cı şöbəsində mühakimə edildi. Bundan sonra “sistemin əleyhinə təbliğat aparmaq” ittihamı ilə üzləşən fəal zindanın 209-cu korpusuna intiqal edilmişdir.

İyulun 27-də Evin Məhkəməsinin 6-cı şöbəsi təyin olunmuş mülki vəsiqənin təqdim olunmasına baxmayaraq sürgün cəzası ilə əlaqədar fəalın azadlığa buraxılmasına mane olmuşdur. 6-cı şöbə fəalın Cənuzi Xorasan Əyalətində yerləşən Təbəs şəhərinə sürgün edilmə cəzası ilə bağlı Baharistan İnqilab Məhkəməsinin 1-ci şöbəsinə məktubla müraciət etdiyini, 48 saat ərzində bu barədə qərar veriləcəyini açıqlamışdır.

Son günlərdə azərbaycanlı fəalın müvəqqəti azadlığa buraxılması üçün təyin olunan mülki vəsiqənin məbləği və növü bir neçə dəfə dəyişdirilib. O sonda 200 milyon tümənlik mülki vəsiqə qarşılığında sərbəst buraxılıb. Əslində vəsiqə ötən çərşənbə günü təqdim olunub, lakin məhkəmə iş vaxtının bitməsini bəhanə edərək onun sərbəst buraxılmasını şənbə gününə təxirə salmışdır.

39 yaşlı azərbaycanlı şair və yazıçı Siyamək Mirzayi bundan əvvəl də Güney Azərbaycan türk millətinin milli və demokratik hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, həbs cəzasına məhkum edilib və müxtəlif təzyiqlərə məruz qalıb. Azərbaycanlı fəal ali təhsilin yüksək lisans səviyyəsinə qəbul imtahanını müvəffəqiyyətlə keçməsinə baxmayaraq universitetə buraxılmayıb, onun təhsilinin davamına qadağa qoyulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir