Şənbə , 18 May 2024
Ana səhifə / Azərbaycan / Təbrizdə “Azərbaycan rəqsi” proqramının qarşısı alınıb

Təbrizdə “Azərbaycan rəqsi” proqramının qarşısı alınıb

Təbrizdə rəsmi şəxslərin müdaxiləsi ilə Azərbaycan rəqsinin nümayiş etdirilməsinə icazə verilməyib.

Martın 11-də Təbrizin “Qədir Mədəniyyət Evi”ndə “Təbriz həndəvəri məntəqələrinin elitasının təqdir olunması” adı ilə keçirilən mərasimdə “Azərbaycan rəqsi” proqramı nəzərdə tutulub, lakin sonra rəqs qrupunun çıxış etməsinə mane olublar.

Rəqs proqramının mədəniyyət sarayının rəisi Davud Huşəng Roşənək tərəfindən ləğv olunduğu bildirilir. O Azərbaycan rəqsi və geyimini İranın adət-ənənəsi və prinsiplərinə uyğun olmadığını deyərək Azərbaycan rəqsinin nümayiş etdirilməsinə icazə verməyib.

Davud Huşəng Roşənək “Səhənd” əyalət televiziyasının aparıcılarından olub, o hazırda Təbrizin “Qədir Mədəniyyət Evi”nin müdiridir.

Martın 7-də Təbriz derbisində milli geyimdə olan “Traxtur” komandasının 3 tərəfdarı da stadiona buraxılmamışdır.

Qeyd edək ki, İranda lor, kürd, ərəb, bəluç və s. millətlərə mənsub olan vətəndaşlar hər yerə, o cümlədən ümumi məkanlara sərbəst gedə bilir. Azərbaycanlıların bu məsələdə də ayrı-seçkiliyə məruz qalması xüsusi diqqət çəkir.

Ötən həftə İran dövləti hökumət işində çalışan kürd işçilərinin rəsmi idarələrdə milli geyimlərindən istifadə etmələrini azad elan edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir