Bazar , 19 May 2024
Ana səhifə / Azərbaycan / Təbrizdə saxlanılan azərbaycanlı fəal Babək Hüseyni Müqəddəmin sağlıq durumu yaxşı deyil

Təbrizdə saxlanılan azərbaycanlı fəal Babək Hüseyni Müqəddəmin sağlıq durumu yaxşı deyil

2019-cu il noyabr ayında keçirilən etirazlar zamanı saxlanılan güney azərbaycanlı fəal Babək Hüseyni Müqəddəmin sağlıq durumu yaxşı deyil.

Fəal bu barədə ailə üzvləri ilə qısa telefon əlaqəsi saxlayaraq məlumat verib. O ailəsinə tibbi xidmətlər kitabçasının Ettelaat İdarəsinə təhvil verilməsini də tapşırıb.

Azərbaycanlı fəal bədənində infeksiya yarandığını və ağrılardan əziyyət çəkdiyini bildirib.

Hüseyni Müqəddəm ailəsi bir neçə dəfə Məhkəmə və Ettelaat İdarəsinə müraciət edib, lakin onlara Babəkin vəziyyəti barədə heç bir məlumat verilməyib.

Babək Hüseyni Müqəddəm 2019-cu il noyabrın 17-də Təbrizdə təhülkəsizlik qüvvələri tərəfindən saxlanılıb, o bir ay Ettelaat İdarəsinin təcridxanasında saxlandıqdan sonra Təbrizin Mərkəzi Zindanına köçürülüb.

Babək Hüseyni Müqəddəmin ailəsi 2019-cu il dekabrın 7-də fəalın qanunsuz saxlanması və onun vəziyyəti ilə bağlı məlumat almaq üçün Təbriz İnqilab Məhkəməsinin 16-cı şöbəsinə müraciət edib, hakim Musəviyə saxlanılanların nə zaman azadlığa buraxılacağını soruşublar. Hakim onlara cavab olaraq bildirib ki, saxlanılanların sərbəst buraxılmasını gözləməyin, onlar edam ediləcək.

Musəvi həmçinin qeyd etmişdir ki, onların azadlığa buraxılması məndən asılı deyil. Biz Ettelaat İdarəsinin göstərişi ilə onların saxlanma müddətinin daha bir ay uzaldılması haqda qərar qəbul edəcəyik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir