Bazar , 19 May 2024
Ana səhifə / Azərbaycan / Təbrizin Bələdiyyə İdarəsinin Ərzurumdakı ofisi fəaliyyətə başlayır

Təbrizin Bələdiyyə İdarəsinin Ərzurumdakı ofisi fəaliyyətə başlayır

Təbrizin Bələdiyyə İdarəsinin Türkiyənin Ərzurum şəhərindəki ofisi yaxın zamanda yenidən fəaliyyətə başlayacaq.

“İsna” xəbər agentliyinin yaydığı xəbərə görə, bu barədə Təbrizin bələdiyyə başçısının müavini Rəsul Musayi məlumat verib.

“Ofis Bələdiyyə İdarəsi və Şəhər Şurasında baş verən kadr dəyişikliyi ilə əlaqədar fəaliyyətini dayandırmışdır. Yaxın günlərdə ofisə rəhbərlik edəcək nümayəndə təyin olunduqdan sonra işlər bərpa ediləcək.”- deyə o bildirib.

R.Musayinin sözlərinə görə, təyin olunacaq nümayəndə Təbriz Bələdiyyə İdarəsinin Ərzurumun tarixi bazarındakı povilyonları ilə bağlı problemləri həll edəcək.

İranın Ərzurumdakı baş konsulu Səccad Sultanzadə də sözügedən ofisin açılmasına dəstək verməyə hazır olduqlarını bildirərək buna Ərzurum Bələdiyyə İdarəsinin də dəstək verdiyini bildirib.

Ərzurumda Təbrizin mədəniyyət həftəsinin keçirilməsinə də hər cür dəstək verməyə hazır olduğunu deyən S.Sultanzadə Təbriz və Ərzurum Bələdiyyə İdarələri arasında əlaqələrin genişlənməsindən məmnunluğunu ifadə edib.

Baş konsul Təbriz mədəniyyət həftəsinin keçirildiyi günlərdə görkəmli azərbaycanlı şair Pərvin Etisaminin anadolu türkcəsinə tərcümə edilmiş əsərinin təqdim olunacağını da diqqətə çatdırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir