Çərşənbə axşamı , 7 May 2024
Ana səhifə / Azərbaycan / Təbrizin keçmiş bələdiyyə başçısı saxlanılıb

Təbrizin keçmiş bələdiyyə başçısı saxlanılıb

Təbriz şəhərinin keçmiş bələdiyyə başçısı Sadiq Nəcəfi təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.
O cümə axşamı gün, yanvarın 30-da “Sepah”ın kəşfiyyat əməkdaşları tərəfindən yaxalanıb.
Bu barədə məlumat yayan yerli kütləvi informasiya vasitələri Sadiq Nəcəfinin bələdiyyə başçısı olduğu zaman maliyyə pozuntularına yol verdiyini və həmin ittiham üzrə saxlandığını yazıb.
Saxlanılan şəxs 20 il müddətinə Şərqi Azərbaycan Əyalətində ən yüksək vəzifələrin sahibi olub. Onun 11 il Ettelaat İdarəsinə rəhbərlik etdiyi bildirilir.
İranda dövlət əmlakını mənimsəmə, rüşvətxorluq və korrupsiya bütün rəsmi orqanları bürüyüb. Beynəlxalq Şəffaflıq Təşkilatının hesabatına görə, İran dünya üzrə ən korrupsiyalaşmış ölkələr sırasındadır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir