Şənbə , 27 Aprel 2024
Ana səhifə / Azərbaycan / Təhlükəsizlik qüvvələrinin təzyiqi ilə Azərbaycan rəqsini əks etdirən fiqurlar qaldırılıb – Ərdəbildə

Təhlükəsizlik qüvvələrinin təzyiqi ilə Azərbaycan rəqsini əks etdirən fiqurlar qaldırılıb – Ərdəbildə

Ərdəbil Bələdiyyə İdarəsi təhlükəsizlik orqanlarının göstərişi ilə Azərbaycan mədəniyyətinə qarşı daha bir addım atıb.

Məlumata görə, parklardan birində quruşdırılan Azərbaycan milli rəqslərini əks etdirən fiqurlar iki gün sonra yerindən götürülüb. Bölgə əhalisi bunun təhlükəsizlik orqanlarının təzyiqi ilə baş verdiyini bildirir.

Sözügedən 7 fiqur aprelin 18-də dibindən kəsilərək götürülüb və naməlum istiqamətə aparılıb.

Soydaşlarımız Bələdiyyə İdarəsi və təhlükəsizlik orqanlarının bu hərəkətini qınayaraq baş verən hadisəyə görə cavab vermələrini tələb edir.

Ərdəbilin Bələdiyyə İdarəsi ötən ay da Azərbaycana qarşı oxşar hərəkətə yol verib. Xəbər verdiyimiz kimi, türk dilində “Rasta unçu meydanı” adlanan yerin adı fars dilinə tərcümə edilərək “Rasta ard meydanı” sözü ilə dəyişdirilib.

İki ay əvvəl isə fars irqçiliyinə dəlalət edən əhəmənilərə (həxaməneşilər) aid heykəllərin Ərdəbilin Bəsic meydanında quraşdırılması soydaşlarımızın kəskin etirazına səbəb olmuşdur. Ərdəbil Bələdiyyə İdarəsinin bu kimi hərəkətləri hər zaman yerli əhali tərəfindən etirazla qarşılanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir