Cümə axşamı , 2 May 2024
Ana səhifə / Azərbaycan / Təxminən bir ay öncə saxlanılan Məlikan Bələdiyyə İdarəsinin sadə işçisindən xəbər yoxdur

Təxminən bir ay öncə saxlanılan Məlikan Bələdiyyə İdarəsinin sadə işçisindən xəbər yoxdur

Xəbər verdiyimiz kimi, Güney Azərbaycanın Məlikan şəhərində bir ay öncə Bələdiyyə İdarəsinin sadə işçilərindən biri Ettelaat əməkdaşları tərəfindən yaxalanıb, onun barəsində bu günədək hər hansı məlumat yoxdur.

Babək Ağazadə dekabrın 16-da saxlanılaraq naməlum istiqmaətə aparılıb.

Onun hansı səbəbdən tutulduğu və harada saxlandığı barədə heç bir xəbər yoxdur. Bu vəziyyət Ağazadə ailəsinin nigaranlığına səbəb olub.

Babək Ağazadənin yaxınlarının dediyinə görə, o böyrək xəstəliyindən əziyyət çəkir. Davamlı olaraq dava-dərman qəbul edən bələdiyyə işçisi bu müddətdə dərmansız qalıb.

Məlumata görə, bələdiyyə işçisi yerli vaxtla saat 22 radələrində küçədə təmizlik işləri ilə məşğul olduğu zaman Ettelaat əməkdaşları tərəfindən saxlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir