Çərşənbə , 15 May 2024
Ana səhifə / Azərbaycan / Tohid Əmir Əmini 75 gün təknəfərlik kamerada saxlandıqdan sonra ümumi korpusa köçürülüb

Tohid Əmir Əmini 75 gün təknəfərlik kamerada saxlandıqdan sonra ümumi korpusa köçürülüb

Beynəlxalq Ana Dili Günü ərəfəsində Tehranda tutulan azərbaycanlı milli-mədəni fəal Tohid Əmir Əmini 75 gün təknəfərlik kamerada saxlandıqdan sonra Evin zindanının 4-cü korpusuna köçürülüb.

Fevralın 2-də Beynəlxalq Ana Dili Günü münasibəti ilə təbrik posterləri paylaşdığı zaman Kiyanuş Aslani ilə birlikdə tutulan fəal mayın 5-də zindanın ümumi korpusuna intiqal edilib.

Azərbaycanlı fəal Kiyanuş Aslani isə təxminən 1 ay əvvəl həmin korpusa köçürülüb.

Qeyd edək ki, “Tehran Traxturçuları”nın (“Traxtur” futbol komandasıdır) ” xiyavlı lideri Kazim Koroğlu (Səfabəxş) da adını çəkdiyimiz fəalların yeni köçürüldüyü  korpusda saxlanılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir