Cümə , 3 May 2024
Ana səhifə / Azərbaycan / “Traxtur” klubu “Perspolis”dən şikayət edib – tərəfdarlarının təhqiramiz şüarlarına görə… – VİDEO

“Traxtur” klubu “Perspolis”dən şikayət edib – tərəfdarlarının təhqiramiz şüarlarına görə… – VİDEO

Güney Azərbaycanın “Traxtur” klubu Tehranın “Perspolis” klubundan İran Futbol Federasiyasının İnzibati Komitəsi və Liqa Təşkilatına şikayət edib.

Azərbaycan klubu “Perspolis” tərəfdarlarının kobud təhqirlərinə məruz qaldığı səbəbindən paytaxt komandasından şikayət edib.

“Traxtur” tərəfdarlarının tələbi ilə edilən şikayətdə təhqirə səbəb olan klub məsulları və tərəfdarların cəzalandırılması tələb olunub.

“Tehranın “Perspolis” komandasının məşqlərindən yayılan videoda “Traxtur” klubunun təhqirə məruz qaldığı görünür. Dilə gətirilən soyuşlər o qədər etikadan kənar olub ki, əhalinin müxtəlif təbəqələrindən olan “Traxtur” tərəfdarları arasında çaxnaşma yaradıb. Kluba edilən hörmətsizlik komanda tərəfdarları və Azərbaycan əhalisinin hissiyatına toxunub.”- deyə şikayət mətninin bir hissəsində qeyd olunub.

Yayılan videoda “Perspolis” tərəfdarlarının dilə gətirdiyi küçə söyüşləri silinib.

Tehranın “İstiqlal” və “Perspolis” komandalarının görüşlərində hər zaman Güney Azərbaycan və “Traxtur” komandası təhqirlərə məruz qalır. Bu dəfəki təhqiramiz video 19-cu super liqa yarışları başlamadan “Perspolis” komandasının məşqlərində qeydə alınıb. İran dövlətinin dəstək verdiyi komandaların görüşlərində sistemli şəkildə Azərbaycan türklərinin təhqir olunması uzun illərdir Azərbaycan mətbuatının gündəmindədir. Bütün etirazlara baxmayaraq İran rejimi tərəfindən bu istiqamətdə heç bir addım atılmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir