Bazar ertəsi , 13 May 2024
Ana səhifə / Azərbaycan / “Traxtur” klubu türkiyəli məşqçisi gətirib

“Traxtur” klubu türkiyəli məşqçisi gətirib

Güney Azərbaycanın “Traxtur” futbol komandasının texniki heyətinə Türkiyədən olan yeni bir mütəxəssis əlavə olunub.

Klubun ictimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumata görə, Süleyman Gökhan Karaaslan klubla müqavilə bağlayaraq komandaya məşqçi kimi cəlb olunub.

Oyunçuların fiziki hazırlığı ilə məşğul olacaq məşqçi klubun icraçı direktoru Qulamrza Sadiqiyanla görüşdükdən sonra baş məşqçi Mustafa Dənizli tərəfindən oyunçulara təqdim olunub.

Yeni məşqçi iyunun 2-dən rəsmən fəaliyyətə başlayıb.

Baş məşqçi Mustafa Dənizlinin təklifi ilə komandaya gətirilən 26 yaşlı məşqçi bundan əvvəl Türkiyənin bir neçə komandası, o cümlədən Əskişəhər komandasında çalışıb.

Bu arada “Traxtur”un məşqçilərindən olan Sakit İlhami gözlənilmədən ötən günlərdə tutduğu vəzifədən istefa verib, onun istefası klub tərəfindən qəbul olunub.

Qeyd edək ki, Güney Azərbaycanın “Traxtur” komandasının hal-hazırdakı baş məşqçisi məşhur türkiyəli mütəxəssis Mustafa Dənizlidir. O Ərtoğrul Sağlamdan sonra “Traxtur”u çalışdıran ikinci türkiyəli baş məşçidir.

Mustafa Dənizli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir