Bazar , 12 May 2024
Ana səhifə / Azərbaycan / “Traxtur” klubunda böyük dəyişikliklər

“Traxtur” klubunda böyük dəyişikliklər

Son həftələrdə super liqa yarışlarında zəif çıxış edən Güney Azərbaycanın “Traxtur” futbol klubunda böyük dəyişikliklər baş verib.

Dəyişikliklər dekabrın 9-da “Traxtur”un Təbriz derbisində “Maşınsazi” komandasına uduzduqdan sonra daha da sürətlənib. Bu oyundan sonra klubun icraçı direktoru Qulamrza Sadeqiyan istefa ərizəsini klubun sahibi Məhəmmədrza Zenuziyə təqdim edib. Klub sahibi razılıq verdikdən sonra Q.Sadeqiyan tutduğu vəzifədən azad olunub.

Qulamrza Sadeqiyan

M.Zenuzi icraçı direktor postuna yeni şəxs təyin olunanadək bu vəzifəyə Mirməsum Söhrabini təyin edib.

Mirməsum Söhrabi

İcraçı direktor istefa verdikdən sonra klubun mətbuat mərkəzinin müdiri Vəhid Xoşzər də tutduğu vəzifədən azad olunması barədə klub sahibinə ərizə təqdim edib. Məumata görə, Vəhid Xoşzərin istefası da qəbul olunub.

Vəhid Xoşzər

Q.Sadeqiyandan 3 gün əvvəl isə komandanın türkiyəli baş məşqçisi Mustafa Dənizli tutduğu vəzifədən uzaqlaşdırılmışdır. Hazırda “Traxtur” komandasını müvəqqəti olaraq Əhəd Şeyxləri çalışdırır.

Mustafa Dənizli

Azərbaycan klubu ilə bağlı daha böyük dəyişikliyə də işarə olunub. Məlumata görə, klubun sahibi M.Zenuzi “Traxtur” tərəfdarlarının nümayəndələri ilə telefon danışığında yaxın zamanda klubu təhvil verəcəyini bildirib.

“Mövsümün sonunadək bütün xərcləri qarşılayacam, bundan sonra klubu özünüzə təhvil verəcəm. Mən eşqim olan Azərbaycan və “Traxtur”a külli məbləğdə vəsait xərclədiyim halda qınaq obyektinə çevrilməklə razılaşa bilmərəm.”- deyə o qeyd edib.

Məhəmmədrza Zenuzi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir