Bazar , 19 May 2024
Ana səhifə / Azərbaycan / “Traxtur”-“Nəssaci” oyununda Azərbaycan bayrağı nümayiş etdirilib – VİDEO

“Traxtur”-“Nəssaci” oyununda Azərbaycan bayrağı nümayiş etdirilib – VİDEO

Oktyabrın 21-də Qaimşəhrdə keçirilən görüşdə Azərbaycanın müqəddəs üçrəngi bayrağı dalğalandırılıb.

Güney Azərbaycanın “Traxtur” və Mazandaranın “Nəssaci” komandaları super liqa yarışları çərçivəsində Vətəni stadionunda qarşılaşıb, oyun 4:0 hesabı ilə “Traxtur”un xeyirinə yekunlaşmışdır.

Stadionda “Traxtur” komandasını dəstəkləyən soydaşımız oyunun ən həyəcanlı dəqiqələrində Azərbaycan bayrağını nümayhiş etdirib.

“Traxtur” bu qələbədən sonra 17 xalla turnir cədvəlinin birinci pilləsində qərarlaşıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir