Bazar , 5 May 2024
Ana səhifə / Azərbaycan / “Traxtur” tərəfdarları Abbas Lisaninin azadlığa buraxılmasını istəyib – VİDEO

“Traxtur” tərəfdarları Abbas Lisaninin azadlığa buraxılmasını istəyib – VİDEO

Şənbə günü Tehranın “Şəhr-i Qüds” (“Həsənxan qalası”) stadionunda bu şəhərin “Peykan” və Güney Azərbaycanın “Traxtur” futbol komandaları arasında keçirilən görüş zamanı “Traxtur” tərəfdarları tanınmış milli-mədəni fəal Abbas Lisaninin qeyd-şərtsiz  azadlığa buraxılmasını tələb edib.

Minlərlə soydaşımızın tamaşaçı qismində iştirak etdiyi görüşdə bir çox milli şüar səsləndirilib. Azarkeşlərin səsləndirdiyi şüarlar arasında “Türk dilində mədrəsə – Olmalıdır hər kəsə” və “Azərbaycan var olsun – İstəməyən kor olsun” kimi şüarlar yer alıb.

“Traxtur” tərəfdarları Ərdəbil Apellyasiya Məhkəməsinin ədalətsiz qərarını pisləyərək gur səslə “Azərbaycan var olsun – Lisani azad olsun” şüarı da səsləndiriblər.

Qeyd edək ki, bundan əvvəl Ərdəbil Apellyasiya Məhkəməsi tanınmış güney azərbaycanlı fəalın 8 illik həbs cəzasını 15 ilədək artırıb, qərəzli həbs qərarı azərbaycanlıların kəskin etirazı ilə qarşılanıb.

“Traxtur”-“Peykan” görüşü 2:3 hesabı ilə Azərbaycan komandasının xeyirinə yekunlaşıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir