Şənbə , 18 May 2024
Ana səhifə / Azərbaycan / “Traxtur” tərəfdarları “İstiqlal”la görüşdən öncə bir çox şüar səsləndirib – VİDEO

“Traxtur” tərəfdarları “İstiqlal”la görüşdən öncə bir çox şüar səsləndirib – VİDEO

Bu gün Güney Azərbaycanın “Traxtur” futbol klubu Tehranın “İstiqlal” komandasını Təbrizin səhənd stadionunda qəbul edəcək.

19-cu super liqa yarışlarının 9-cu həftəsində keçiriləcək görüş Təbriz vaxtı ilə saat 18:00-da başlayacaq.

Artıq görüşü izləmək üçün soydaşlarımız Güney Azərbaycanın müxtəlif məntəqələrindən Təbrizə gəlib. Onlar görüşdən əvvəl bir çox şüarlar səsləndirib və milli şüarlar yazılmış parçalar nümayiş etdiriblər.

Aşağıda sosial şəbəkələrdə geniş yayılan videoları izləyə bilərsiniz.

Tehranın “İstiqlal” və “Perspolis” komandaları ilə görüş hər zaman “Traxtur” tərəfdarları üçün önəmli olub. Bu, komandaların təkcə güclü rəqib olduğu ilə bağlı deyil, tərəfdarlarının “Traxtur” və Azərbaycan türk millətinə qarşı səsləndirdikləri aşağılayıcı şüarlar “Traxtur” tərəfdarlarını daha çox aktiv olmağa vadar edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir